525.Az

Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq


 

Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq<b style="color:red"></b>

Bu gün saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Bakının Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində müvəqqəti qaz olmayacaq.

Bu barədə 525.az "Azəriqaz"a istinadən xəbər verir.

"03.04.2026-cı il saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi) və Xətai rayonu (kənd Əhmədli yaşayış sahəsi, M.Hadi və Neapol küçələri) üzrə qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq", - məlumatda qeyd olunur.

 





03.04.2026    çap et  çap et