525.Az

Tikinti şirkətində yanğın baş verdi


 

Tikinti şirkətində yanğın baş verdi<b style="color:red"></b>

Bakı şəhəri, Binəqədi rayonunda “Qarant Servis” MMC-yə məxsus tikinti meydançasında yanğın baş verib. 

525.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, fəhlələr üçün nəzərdə tutulmuş ümumi sahəsi 30 kv.m olan otaqda dam örtüyünün yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





30.11.2012    çap et  çap et