“Bu ilin məhsuldarlığı barədə proqnoz vermək üçün meteoroloji məlumatlar və torpaq şəraiti əsas götürülür. Əgər yaz mövsümü kifayət qədər yağışlı və günəşli keçərsə, məhsul bol ola bilər. İntensiv yağıntılar kənd təsərrüfatına faydası var, məhsuldarlığa müsbət təsir göstərir”.
İqtisadçı ekspert Akif Nəsirli bu barədə 525.az-a deyib. Onun sözlərinə əsasən, məhsuldarlıq az olanda qiymətlər baha olur:
“Məhsul bol olanda, bazarda təklif artdığı üçün qiymətlər də aşağı düşür. Əksinə, məhsul az olarsa, tələb və təklif balansı pozulduğu üçün qiymətlər yüksəlir. Bu səbəbdən fermerlər və istehlakçılar üçün məhsuldarlıq həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından önəmlidir”.
Sevinc Qarayeva
çap et