525.Az

Bank əmanətçilərinin depozit gəlirləri 19 faiz artıb


 

Bank əmanətçilərinin depozit gəlirləri 19 faiz artıb<b style="color:red"></b>

Bu ilin fevral ayında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 235 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% və ya 37.4 milyon manat artıb. 2025-ci ilin fevral ayında banklar 197.6 milyon manat depozit faizi ödəyiblər.

Qeyd edək ki, cari ilin mart ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% və ya 546,4 milyon manat azalaraq 37 milyard 290.7 milyon manat təşkil edib.

Xatırladaq ki, fevralda Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 886.7 milyon manat faiz gəliri əldə ediblər.

 





03.04.2026    çap et  çap et