525.Az

Rusiya, Çin və Fransa Hörmüzün güc yolu ilə açılmasına dair qətnaməni bloklayır 


 

Rusiya, Çin və Fransa Hörmüzün güc yolu ilə açılmasına dair qətnaməni bloklayır <b style="color:red"></b>

Rusiya, Çin və Fransa BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazının açılması üçün güc tətbiqinə icazə verən qətnamə layihəsinin qəbulunu bloklayır.

525.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti diplomatik mənbəyə və BMT-nin yüksək vəzifəli rəsmisinə istinadən xəbər yayıb.

Sözügedən sənəd layihəsi bir neçə həftədir müzakirə olunur və dörd dəfə redaktə edilib. Ən mübahisəli tərəfi dövlətlərin boğazlardan keçidi təmin etmək və beynəlxalq dəniz nəqliyyatına müdaxilənin qarşısını almaq üçün "bütün zəruri vasitələrdən istifadə etmək" hüququnun olduğunu nəzərdə tutan bənddir. 

Nəşrin məlumatına görə, Moskva, Pekin və Paris güc tətbiqinə icazə verən hər hansı müddəaya qarşı çıxır və ərəb ölkələrinin müvafiq BMT mandatını təmin etmək cəhdlərini faktiki olaraq əngəlləyir. Qətnamə layihəsi Bəhreyn tərəfindən Fars körfəzi ölkələrinin dəstəyi ilə hazırlanıb. Səsvermənin cümə günü keçirilməsi gözlənilir, lakin Təhlükəsizlik Şurasının veto hüququna malik daimi üzvlərinin mövqeyi nəzərə alınmaqla onun nəticəsi qeyri-müəyyən olaraq qalır.

Diplomatlar qeyd edirlər ki, sənədlə bağlı fikir ayrılıqları təkcə daimi üzvlər arasında deyil, həm də Təhlükəsizlik Şurasının on qeyri-daimi üzvü arasında davam edir.

Pərvanə Sultanova

 





03.04.2026    çap et  çap et