525.Az

Bir sıra marşrutların hərəkətində ləngimələr yarana biləcəyi barədə xəbərdarlıq edilib


 

Bir sıra marşrutların hərəkətində ləngimələr yarana biləcəyi barədə xəbərdarlıq edilib<b style="color:red"></b>

Zabrat-Maştağa yolunda aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bir sıra marşrutların hərəkətində ləngimələr yarana bilər.

Bu barədə 525.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, ləngimələrin 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli marşrutların hərəkətində yarana bilmə ehtimalı var.

Bildirilib ki, sərnişinlərdən səfərlərini planlayan zaman bunu nəzərə almaları xahiş olunur.

 





03.04.2026    çap et  çap et