525.Az

Azərbaycanda noutbuk istehsalı 95 faiz azalıb


 

Azərbaycanda noutbuk istehsalı 95 faiz azalıb<b style="color:red"></b>

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 48,4 milyon manatlıq məhsul istehsal olunub.

525.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,4% azdır.

Hesabat dövründə ölkədə elektrik avadanlıqlarının istehsalı 48,9% artıb.

İki ayda illik müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı sahəsi üzrə noutbukların istehsalı 94,6% azalıb, elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalı isə 2,1 dəfə artıb.

 





04.04.2026    çap et  çap et