525.Az

Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib


 

Bakı metrosu martda 18 milyondan çox sərnişinə xidmət göstərib<b style="color:red"></b>

Bu ilin mart ayında "Bakı Metropoliteni" QSC 18 269 887 sərnişinə xidmət göstərib.

525.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Ötən ay ən çox sərnişin martın 6-da daşınıb – 796 734 nəfər.

Bayram günlərində mərkəz istiqamətində axın kəskin artıb. 21-22 mart tarixlərində "Sahil" stansiyası metronun ən işlək nöqtəsi olub və adi vaxtlardan 51 % daha çox sərnişin qəbul edib.

Metroda rəqəmsal keçid də sürətlənib. Hər 3 nəfərdən biri artıq ödənişlərini NFC ilə edir.

 





04.04.2026    çap et  çap et