Siyəzən Rayon Mərkəzi Xəstəxanası dəm qazından zəhərlənmə ilə bağlı məlumat açıqlayıb.
525.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, aprelin 3-ü saat 17:40 radələrindən başlayaraq dəm qazından zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, aprelin 3-ü axşam saatlarından başlayaraq Siyəzən Rayon Mərkəzi Xəstəxanasına 10-a yaxın şəxs dəm qazından zəhərlənmə şübhəsi ilə müraciət edib.
çap et