525.Az

Azərbaycan Rusiyadan noxud tədarükünü kəskin artırıb


 

Azərbaycan Rusiyadan noxud tədarükünü kəskin artırıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycan 150,2 min ABŞ dolları dəyərində 314,1 ton qurudulmuş noxud idxal edib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 12 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 113 min ABŞ dolları (1 il əvvəlki göstəricidən 23 dəfə çox) dəyərində 291 ton (+58 dəfə), Meksikadan 26 min ABŞ dolları dəyərində 16 ton (1 il əvvəl tədarük olmayıb), Hindistandan 8,3 min ABŞ dolları dəyərində 5 ton (1 il əvvəl tədarük olmayıb), Kanadadan 2,7 min ABŞ dolları dəyərində 2,5 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 1,7 min ABŞ dolları dəyərində 4,2 ton (1 il əvvəl tədarük olmayıb) noxud alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 2 min 327 ton noxudun 38,3 %-i Rusiyanın, 20 %-i Hindistanın, 19,7 %-i Meksikanın payına düşüb.

 





04.04.2026    çap et  çap et