525.Az

Türkiyədə ağır yol qəzası - 4 ölü, 2 yaralı


 

Türkiyədə ağır yol qəzası - <b style="color:red"> 4 ölü, 2 yaralı</b>

Türkiyədə ağır yol qəzası baş verib.

525.az "Milliyet"ə istinadən xəbər verir ki, Eskişəhər-Ankara yolunda idarəetməni itirən avtomobil qarşı zolağa keçərək digər avtomobillə toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qəzanın ardından çoxlu sayda tibb və polis qrupları hadisə yerinə göndərilib. Qəza yerində araşdırmalar tamamlandıqdan sonra meyitlər morqa aparılıb.

Hüquq-mühafizə orqanları qəza ilə bağlı araşdırmaya başlayıb.

İbrahim Cəfərov

 





06.04.2026    çap et  çap et