525.Az

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb


 

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb<b style="color:red"></b>

Aprelin 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 2 qumbara, 10 tüfəng, 13 patron darağı və 366 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 





06.04.2026    çap et  çap et