525.Az

Kamran Əliyev Bakının Nizami rayonunda vətəndaşları qəbul edəcək


 

Kamran Əliyev Bakının Nizami rayonunda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Baş prokuror Kamran Əliyev paytaxtın Nizami rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə 525.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyev aprelin 10-da saat 10:00-da Nizami rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nizami rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Nizami rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

 





06.04.2026    çap et  çap et