“Məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyi ilə bağlı hər zaman tələb olunan müəyyən qaydalar var ki, ona əməl etmək lazımdır. Birinci növbədə sürətin azaldılması. Bunun üçün xüsusi vasitələr tətbiq olunur. Yəni sürücü kütləsi belədir ki, nə qədər desən də ki, məktəbin yanından keçəndə sürəti azalt, o bunu etmir. Yəni əksəriyyəti bunu etmir. Ona görə orda məcburi vasitələr ya kamera, radar quraşdırırlar, ya da asfalt üzərində xüsusi örtük var”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradl bunu 525.az-a söyləyib.
O qeyd edib ki, sürətin azaldılmasına məcbur etmə vasitəsidir. Həmin vasitənin köməyi ilə sürücüləri sürəti azaltmağa məcbur edirlər və beləliklə təhlükəsizlik təmin olunur:
“Qaydalara görə məktəblərin ətrafında səs siqnallarından istifadə edilməməlidir, sürət həddi aşılmamalıdır, piyada keçidləri çox olmalıdır, piyada keçidinə yaxınlaşan sürücü sürəti azaltmağa məcbur olmalıdır və məktəblərin özündə də təhlükəsizliklə bağlı təbliğat işləri daim aparılmalıdır ki, hər bir məktəbdə oxuyan şagirdlər, orda tədris prosesini həyata keçirən müəllimlər özləri də bu qaydalara əməl etsinlər”.
Sevinc Qarayeva
çap et