Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
525.az xəbər verir ki, bu barədə Aİ lideri “X” hesabında paylaşım edib.
O, İranı regiondakı ölkələrə hücumları dərhal dayandırmağa və Hörmüz boğazında hərəkət azadlığını bərpa etməyə çağırıb.
"Eskalyasiya atəşkəsə və sülhə gətirib çıxarmayacaq, bunu yalnız danışıqlar edə bilər”, -Koşta bildirib.
Pərvanə Sultanova
çap et