525.Az

“ABŞ pilotları xilasetmə əməliyyatı ilə uran oğurlamağa cəhd edə bilər” -  İran XİN


 

“ABŞ pilotları xilasetmə əməliyyatı ilə uran oğurlamağa cəhd edə bilər” - <b style="color:red"> İran XİN</b>

“ABŞ F-15E qırıcı təyyarəsinin pilotlarının xilasetmə əməliyyatı zamanı İsfahandakı bir obyektdən İranın zənginləşdirilmiş uranın oğurlamaq niyyətində ola bilər”.

525.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinqdə bildirib.

"İranın hava məkanını pozan ABŞ əməliyyatı ilə bağlı suallar və qeyri-müəyyənliklər davam edir. Pilotun gizləndiyi deyilən ərazi Kohgiluyə və Boyer-Ahmadda yerləşir. ABŞ təyyarəsinin eniş etdiyi cənubi İsfahan nöqtəsi bu yerdən xeyli məsafədə idi, buna görə də əməliyyatın İran uranını oğurlamağa yönəlmiş yayındırıcı taktika olması ehtimalı var", - XİN rəsmisi deyib.

Pəvanə Sultanova

 





06.04.2026    çap et  çap et