525.Az

Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib


 

Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib<b style="color:red"></b>

Bakıda 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib.

525.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Dəyişikliyə səbəb Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Nəticədə 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə təşkil olunub.

 





06.04.2026    çap et  çap et