525.Az

İsrail İranın ən böyük neft-kimya kompleksinə zərbə endirib 


 

İsrail İranın ən böyük neft-kimya kompleksinə zərbə endirib <b style="color:red"></b>

İsrail ordusu İranın cənubundakı ən böyük neft-kimya zavoduna hücum edib. 

525.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bildirib.

"İsrail Müdafiə Qüvvələri İranın Əsəluyə şəhərində yerləşən ən böyük neft-kimya zavoduna güclü zərbə endirib. Bu, ölkənin neft-kimya istehsalının təxminən yarısını təşkil edən əsas hədəfdir", - Katz deyib.

İranın Fars xəbər agentliyi Əsəluyədə partlayışların baş verdiyini, neft-kimya kompleksinə edilən zərbələri təsdiqləyib.

Pərvanə Sultanova

 





06.04.2026    çap et  çap et