525.Az

ABŞ İran razılaşmasında Uitkofu Venslə əvəz edə bilər - KİV


 

ABŞ İran razılaşmasında Uitkofu Venslə əvəz edə bilər - <b style="color:red"> KİV</b>

İran münaqişənin həlli üçün ABŞ-dan təkliflər alıb. Bu təkliflər içində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun əvəzinə vitse-prezident J.D. Vensin danışıqlara cəlb edilməsi də var.

525.az xəbər verir ki, bu barədə “Fars” agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

“Tramp açıq şəkildə görüş və razılaşmaya cəhd göstərir. ABŞ-ın təklifinə Uitkofun İsrail Baş naziri Benyamin Netanyahunun çevrəsinə yaxınlığı səbəbindən uzaqlaşdırılması və İranın tələblərinə cavab olaraq ciddi dialoq qurmaq üçün Venslə danışıqlara başlanması daxildir”, - mənbə bildirib.

O da vurğulanıb ki, ABŞ İranla davam edən münaqişə səbəbindən gələn həftə enerji qiymətlərinin mümkün artımından dərin narahatlıq keçirir və bundan qaçmaq istəyir.

Pərvanə Sultanova

 





07.04.2026    çap et  çap et