Hindistan hərbi komandanlığı Banqladeşlə sərhədin bir hissəsinin qorunmasında timsah və zəhərli ilanlardan istifadə etməyi qərara alıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ideya müdafiə naziri Amit Şahdan gəlib.
Məsələ burasındadır ki, Banqladeşlə sərhədin bəzi yerlərində relyef çox mürəkkəbdir. Bu üzdən həmin ərazilərə nəzarət etmək çətin olur ki, bu da qaçaqmalçıların və qanunsuz miqrantların ölkəyə girişinə şərait yaradır. Vəziyyətdən çıxış yolu kimi həmin yerlərdə timsah və zəhərli ilanlardan istifadə nəzərdə tutlub.
Qeyd edək ki, bununla bağlı araşdırma aparılır, sözügedən ideyanın nə dərəcədə effekt verəcəyini öyrənilir.
L.Tağıyeva
çap et