525.Az

Niger ordusu 31 girovu azad etdi


 

Niger ordusu 31 girovu azad etdi<b style="color:red"></b>

Niger ordusu qanunsuz silahlı dəstənin kilsəyə hücumu nəticəsində girov götürülmüş dinc sakinlərin 31 nəfərini azad edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 5 nəfərin cəsədi yaxınlarına təhvil verilib.

Hadisə ötən bazar Kaduna ştatının Kaçiya rayonunun Ariko kəndində baş verib. Silahlılar kilsəyə hücum edərək 7 nəfəri öldürüb və onlarla sakini girov götürüb. Ordu hissələri quldurların izinə düşməklə xüsusi əməliyyat keçirib. 31 nəfərin azad olunmasına baxmayaraq, girovluqda yenə də insanların qaldığı bildirilir. Əməliyyat davam etdirilir.

Qeyd edək ki, ölkənin şimal-qərbində bu kimi cinayətlər adi hala çevrilib. Keçilməz meşələrdə məskunlaşmış quldur dəstələri tez-tez yaşayış məntəqələrinə hücum edərək talan törədir, sakinləri girov götürərək azad olunmaları üçün pul tələb edirlər.

L.Tağıyeva

 





07.04.2026    çap et  çap et