525.Az

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub


 

Ötən gün ölkədə elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan mənbələrdən əldə olunub<b style="color:red"></b>

Aprelin 6-da ölkədə istehsal olunan elektrik enerjisinin 29 faizdən çoxu bərpaolunan enerji mənbələrinin payına düşüb.

525.az-a Energetika Nazirliyindən bildirilib ki, ötən gün ümumilikdə 62,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kilovat-saatı məhz bərpaolunan mənbələr hesabına təmin olunub. Elektrik enerjisinin 12,4 milyon kilovat-saatı su elektrik stansiyalarında, 5,8 milyon kilovat-saatı isə Günəş və külək elektrik stansiyalarında istehsal olunub.

 





07.04.2026    çap et  çap et