525.Az

FHN intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması işlərini fasiləsiz olaraq davam etdirir


 

FHN intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması işlərini fasiləsiz olaraq davam etdirir<b style="color:red"></b>

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri gün ərzində fasiləsiz olaraq davam etdirilib.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı, Binəqədi, Qaradağ və Səbail rayonlarında, Abşeron, Siyəzən, Şabran, Xaçmaz rayonları və Bakı-Sumqayıt yolunda müvafiq təhlükəsizik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri həyata keçirilir.

 





07.04.2026    çap et  çap et