525.Az

Azərbaycan millisindən ardıcıl ikinci qələbə


 

Azərbaycan millisindən ardıcıl ikinci qələbə<b style="color:red"></b>

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

525.az xəbər verir ki, millimiz Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova yığması ilə qarşılaşıb. Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda millimiz 8:5 hesablı qələbə qazanıb.

 





07.04.2026    çap et  çap et