İraqdakı “Kataib Hizbullah” qruplaşması tərəfindən qaçırılan amerikalı jurnalist Şelli Kitlson azad edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın təhlükəsizlik rəhbəri Əbu Mücahid əl-Əsəf “X” sosial platformasında açıqlama yayıb. O, amerikalı jurnalistu dərhal ölkəni tərk etmək şərti ilə azad etdiklərini açıqlayıb.
Xatırladaq ki, Şelli Kitlson martın 31-də Bağdadın mərkəzində qaldığı otelin yaxınlığında qaçırılmışdı.
İbrahim Cəfərov
çap et