525.Az

Sabah" Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb


 

Sabah" Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb<b style="color:red"></b>

"Sabah" Misli Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb.

525.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, çempionatın XXVI turuna təsadüf edib.

Bakı klubu "Araz-Naxçıvan"a 4:2 hesabı ilə qalib gəlib.

"Sabah" 120-ci səfərində "50"yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də "Şamaxı" üzərində qazanıb – 1:0.

"Sabah" turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə "Şəmkir"ə çatıb.

 





08.04.2026    çap et  çap et