525.Az

“İsrail tarixində belə siyasi fəlakət görməyib” -  Lapid


 

“İsrail tarixində belə siyasi fəlakət görməyib” - <b style="color:red"> Lapid</b>

İsrailin keçmiş baş naziri Yair Lapid ABŞ və İran arasında atəşkəs razılaşmasını şərh edərkən hazırkı hökumət rəhbəri Binyamin Netanyahunu sərt tənqid edib.

525.az xəbər verir ki, bu barədə Lapid “X” hesabında yazıb.

"Bütün tariximizdə heç vaxt belə bir siyasi fəlakət olmayıb. Milli təhlükəsizliyimizin təməli ilə bağlı qərarlar qəbul ediləndə İsrail hətta masada belə olmayıb”, - İsrail müxalifətinin lideri əlavə edib.

Lapid hesab edir ki, Netanyahunun təkəbbür, səhlənkarlıq və strateji planlaşdırmanın olmaması səbəbindən vurduğu siyasi və strateji ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq.

Pərvanə Sultanova

 





08.04.2026    çap et  çap et