525.Az

Rəsmi Bakı ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır


 

Rəsmi Bakı ABŞ və İran arasında elan edilmiş atəşkəsi alqışlayır<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

525.az-a bu barədə XİN-dən məlumat verilib.

"Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk. Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq", - XİN-dən bildirilib.

Rəsmi Bakı tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırıb.

"Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - məlumatda qeyd olunub.

 





08.04.2026    çap et  çap et