525.Az

Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb


 

Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb<b style="color:red"></b>

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyası məlumat yayıb.

Şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" yarışında iştirak edib.

130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.

 





08.04.2026    çap et  çap et