525.Az

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb


 

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb<b style="color:red"></b>

İşlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

525.az-a DİN-dən verilən xəbərə görə, Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən evlərin birindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərində qızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb. Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29 yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 





08.04.2026    çap et  çap et