525.Az

“Məktəbdə...” layihəsinin növbəti qonağı Milli Qəhrəman İbad Hüseynov olacaq


 

“Məktəbdə...” layihəsinin növbəti qonağı Milli Qəhrəman İbad Hüseynov olacaq<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin növbəti görüşü aprelin 9-da paytaxtdakı 98 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.

Təhsil İdarəsindən 525.az-a bildirilib ki, layihənin budəfəki qonağı Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov olacaq.

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, yeniyetmə və gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Sevinc Qarayeva 

 





08.04.2026    çap et  çap et