525.Az

Xəzər dənizində 3,5 bal gücündə zəlzələ olub


 

Xəzər dənizində 3,5 bal gücündə zəlzələ olub<b style="color:red"></b>

Aprelin 8-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,5 olan zəlzələ yerli vaxtla saat 18:11-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 51 kilometr olub.

 





08.04.2026    çap et  çap et