525.Az

Litvanın Baş naziri Azərbaycana səfərə gəlib


 

Litvanın Baş naziri Azərbaycana səfərə gəlib<b style="color:red"></b>

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

525.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Litvanın Baş naziri İnqa Ruqinieneni hava limanında Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.


Foto

 





08.04.2026    çap et  çap et