525.Az

"Əl-Cəzirə"nin əməkdaşı diri-diri yandı


 

"Əl-Cəzirə"nin əməkdaşı diri-diri yandı<b style="color:red"></b>

İsrailin dron zərbəsi jurnalistin ölümü ilə nəticələnib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Qəzzada baş verib.

Avtomobilə dəyərək partlayan dron yanğınla nəticələnib. Nəqliyyat vasitəsində "Əl-Cəzirə" telekanalının müxbiri Mohammed Vişah da olub. O, diri-diri yanıb.

Telekanal ölüm faktını təsdiqləyib. "Əl-Cəzirə"nin bununla bağlı yaydığı reportajda 2023-cü ilin oktyabrından Qəzza bölgəsinə hücumlar nəticəsində 262 jurnalistin öldüyü bildirilir.

L.Tağıyeva

 





09.04.2026    çap et  çap et