2027-ci il yanvarın 1-dən Yunanıstanda 15 yaşınadək uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Kiriakos Masotakis bildirib.
Bununla bağlı aparılan sosioloji sorğuda iştirak edənlərin əksəriyyəti qərarın lehinə səs verib. Belə ki, respondentlərin 80 faizi hökümətin atdığı bu addımı bəyənib.
Qeyd edək ki, bundan əvvəl hökümət orta məktəblərdə şagirdlərin smartfonlardan istifadəsini də yasaqlamışdı.
L.Tağıyeva
çap et