525.Az

Nigeriyada 2 kəndə hücum - 20 ölü


 

Nigeriyada 2 kəndə hücum - <b style="color:red"> 20 ölü</b>

Nigeriyanın Niger əyalətin Şiroro bölgəsində silahlı dəstələr iki kəndə hücum ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlarda 20 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Niger valisi Məhəmməd Umaru Baqo hadisə ilə açıqlamasında hücumları mənasız, barbar və qeyri-insani adlandırıb.

Hücumları pisləyən Baqo, təhlükəsizlik qüvvələrinin bölgəyə yeridildiyini vurğulayıb.

Xatırladaq ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu ISWAP kimi terror təşkilatlarının hücumlarına məruz qalır.

İbrahim Cəfərov

 





09.04.2026    çap et  çap et