525.Az

İlk gəmilər Hörmüz boğazından keçib


 

İlk gəmilər Hörmüz boğazından keçib<b style="color:red"></b>

ABŞ və İran arasında atəşkəs razılaşmasından sonra ilk gəmilər Hörmüz boğazından keçib.

525.az xəbər verir ki, bu barədə real vaxt rejimində gəmi izləmə şirkəti “MarineTraffic” məlumat yayıb.

Bildrilib ki, Liberiya bayrağı altında üzən “Daytona Beach” yük gəmisi İranın Bəndər Abbas limanından ayrıldıqdan saat yarım sonra boğazdan keçib. Hazırda Oman körfəzində olan gəminin Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanına çatması gözlənilir.

Bundan 3 saat sonra isə ikinci gəmi - Yunanıstana məxsus “NJ Earth” yük gəmisi Hörmüz boğazından keçib.

İbrahim Cəfərov

 





09.04.2026    çap et  çap et