525.Az

Partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib


 

Partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim edib<b style="color:red"></b>

Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyalar 2025-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

525.az xəbər verir ki, bu barədə məlumat Mərkəzi Seçki Komissiyasının saytında yer alıb.

Dövlət qeydiyyatına alınmış 26 siyasi partiyanın hamısının 2025-ci il üzrə maliyyə hesabatları qanunvericiliyin tələblərinə uyğun qaydada Komissiyanın internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib.

Qeyd edək ki, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları hər il aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunmalıdır.

 





09.04.2026    çap et  çap et