525.Az

Tərcüməçi Tehran Vəliyev vəfat edib


 

Tərcüməçi Tehran Vəliyev vəfat edib<b style="color:red"></b>

Tanınmış tərcüməçi Tehran Vəliyev dünyasını dəyişib.

Mərhumun qardaşı Rafiq Vəliyevin APA-ya verdiyi məlumata görə, T. Vəliyev dünən axşam saatlarında dünyasını dəyişib.
 
O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
 
Mərhumla vida mərasimi bu gün öz evində keçiriləcək, Mehdiabad qəbiristanlığında dəfn olunacaq. T. Vəliyev uzun müddət Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
 
Qeyd edək  ki, o, C.D.Selincer və U.Folknerin Azərbaycanda ən yaxşı tərcüməçilərindən hesab olunurdu.

 





19.02.2015    çap et  çap et