525.Az

Səudiyyə Ərəbistanı və İran XİN başçıları telefon danışığı aparıb


 

Səudiyyə Ərəbistanı və İran XİN başçıları telefon danışığı aparıb<b style="color:red"></b>

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud  iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

525.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər son hadisələri və regionda təhlükəsizliyin, sabitliyin bərpası üçün gərginliyin azaldılması yollarını müzakirə ediblər. Hər iki tərəf fikir ayrılıqlarını kənara qoyub əlaqələri genişləndirmək üçün çalışmağın vacibliyini vurğulayıb.

Telefon danışığı İranın ABŞ və İsrailin hərbi əməliyyatlarına cavab olaraq qonşu Fars körfəzi ölkələrinə hücumlar başlatmasından bəri iki ölkə arasında ilk rəsmi əlaqə olub.

Pərvanə Sultanova

 





09.04.2026    çap et  çap et