525.Az

“Livanın suverenliyi, mülki şəxslərin həyatı qorunmalıdır” -  Çin XİN


 

“Livanın suverenliyi, mülki şəxslərin həyatı qorunmalıdır” - <b style="color:red"> Çin XİN</b>

Çin İsrailin Livanda yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan hava hücumlarından sonra bölgədəki gərginliyi azaltmaq üçün müvafiq tərəfləri soyuqqanlı və təmkinli olmağa çağırıb.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq brifinqdə deyib.

O bildirib ki, Livanın suverenliyi və təhlükəsizliyi pozulmamalı, mülki şəxslərin həyatı və əmlakı qorunmalıdır.

"Ümid edirik ki, müvafiq tərəflər müvəqqəti atəşkəsdən mübahisələri siyasi və diplomatik vasitələrlə həll etmək və hərbi əməliyyatlara son qoymaq üçün fürsət kimi istifadə edəcəklər", - Ninq əlavə edib.

Pərvanə Sultanova

 





09.04.2026    çap et  çap et