Futzal üzrə Azərbaycan millisi bu gün Gürcüstan yığması ilə yoldaşlıq oyunu keçirib.
525.az xəbər verir ki, Tbilisi şəhərindəki İdman Sarayında baş tutan matç rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan yığması daha 3 yoldaşlıq oyununa çıxacaq. Komanda aprelin 11-də yenidən Gürcüstanla üz-üzə gələcək. Ayın 13-ü və 15-də isə yığmamız Aktauda Qazaxıstan ilə qarşılaşacaq.
9 aprel
18:00. Gürcüstan – Azərbaycan - 4:2
Qollar: Vaxtanq Jvaraşvili, 4:48, Janiko Giorgia, 5:06, İrakli Todua, 30:34, Nikoloz Kurtanidze, 38:51 // Nihad İsmayılov, 22:18, Kənan Manafov, 38:41
Tbilisi İdman Sarayı
çap et