525.Az

Əməkdar jurnalistdən tarixi roman


 

Əməkdar jurnalistdən tarixi roman<b style="color:red"></b>

Bu gün əməkdar jurnalist, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimovun “İşğal vadisi” tarixi romanının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “İşğal vadisi” kitabında xalqımızın başına gətirilən faciələr barədə ətraflı məlumat verilib.
 
Onun sözlərinə görə, bir həftədən sonra Xocalı soyqırımının törədilməsindən 23 il ötür: “Biz Xocalı faciəsini dünyada soyqırımı kimi tanıtmağı qarşımıza məqsəd qoymuşuq. Bundan başqa, ermənilər bu il aprelin 24-də qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Biz Mətbuat Şurası olaraq bu məsələlərdə öz iştirakımızı müəyyənləşdirmişik. Mətbuat Şurası Türkiyənin Azərbaycandakı səfirliyi ilə birlikdə tədbirlər keçirəcək. Bir qrup azərbaycanlı jurnalist Türkiyənin paytaxtında olacaq, orada rəhbər şəxslərlə görüşəcək. Biz türkiyəli jurnalistlərin də ölkəmizə səfərini təşkil edəcəyik. Düşünürəm ki, Yusif müəllimin “İşğal vadisi” kitabı XIX əsrin əvvəllərindən bu tərəfə xalqımıza qarşı törədilmiş cinayətlər barədə geniş məlumatları özündə əks etdirir”.

Məzahir Süleymanzadə “İşğal vadisi” tarixi romanını həm publisist, həm də yazıçı qələminin məhsulu adlandırıb.

Daha sonra tədbirdə Umud Rəhimoğlu, Tapdıq Abbas, Elçin Mirzəbəyli, Müşfiq Ələsgərli və başqaları çıxış edib.

 





19.02.2015    çap et  çap et