525.Az

Putin bir günlük atəşkəs elan etdi


 

Putin bir günlük atəşkəs <b style="color:red"> elan etdi</b>

Rusiya ilə Ukrayna arasında gedən müharibədə bir günlük atəşkəs elan edilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putin Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müharibədə bir günlük atəşkəs elan edib.

Aprelin 11-də saat 16.00-da başlayacaq atəşkəs aprelin 12-nin sonuna qədər qüvvədə olacaq.

Kreml bəyanatında Rusiya qoşunlarının bu müddət ərzində mümkün təxribatlara və təcavüzkar hərəkətlərə hazır olmasının vacibliyi vurğulanıb və Ukraynanın atəşkəsə əməl edəcəyinə ümid ifadə olunub.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Rusiyanı Pasxa bayramında atəşkəs elan etməyə çağırmışdı.

İbrahim Cəfərov

 





10.04.2026    çap et  çap et