525.Az

Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib


 

Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsi təsis edilib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinlərinin təyin edilməsi haqqında sərəncamlar imzalayıb.

Prezidentin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, prezidentin sərəncamları ilə Novruz İsmayıl oğlu Məmmədov, Zeynal Səfər oğlu Nağdəliyev və Əli Hidayət oğlu Əsədov Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, Novruz Məmmədov və Zeynal Nağdəliyev indiyədək Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri, Əli Əsədov isə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıblar. Prezident Administrasiyasına akademik Ramiz Mehdiyev rəhbərlik edir.

 





30.11.2012    çap et  çap et