525.Az

La-Manş boğazından faciə - 4 miqrant həlak oldu


 

La-Manş boğazından faciə - <b style="color:red"> 4 miqrant həlak oldu</b>

Fransa və İngiltərəni birləşdirən La-Manş boğazında növbəti dəfə miqrant faciəsi yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Pas-de-Kale bölgəsindəki Sent-Etyen-au-Mont sahillərində, yerli vaxtla təxminən 7:30-da gözləyən qayığa minmək istəyən miqrantları axın aparıb. Əraziyə axtarış-xilasetmə qrupları göndərilib.

Faciədə iki kişi və iki qadın olmaqla 4 nəfər həyatını itirib, 38 nəfər isə xilas edilib.

Bulon prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.

İbrahim Cəfərov

 





10.04.2026    çap et  çap et