“İrandakı münaqişənin nəticəsi gələcək illərdə Böyük Britaniya və Körfəz ölkələrinə həlledici təsir göstərəcək”.
525.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Qətərə səfəri zamanı bildirib.
“Bu səfər zamanı Körfəz dövlətlərinin müdafiə və iqtisadi dayanıqlılıq məsələlərində bizimlə daha yaxın münasibətlər qurmaq istədiklərini anladıq. Bu, bizim üçün çox vacibdir, çünki münaqişə ölkəmizə və iqtisadiyyatımıza təsir göstərir. Onun nəticələrini birlikdə dəf etməyimiz çox vacibdir. Birləşmiş Krallıq üçün də böyük imkanlar var. Bölgəyə səfər etmək vacib idi”, - Baş nazir deyib.
Pərvanə Sultanova
çap et