525.Az

Vladiqafqazda güclü partlayış, ölənlər var


 

Vladiqafqazda güclü partlayış, ölənlər var<b style="color:red"></b>

Bu gün Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzində yanğınla müşahidə olunan güclü partlayış baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ilk olaraq Cənubi Osetiya prezidenti Sergey Menyaylo sosial şəbəkə hesabında paylaşım edib.

Partlayış pirotexniki vasitələrin saxlandığı anbarda olub. Azı 14 nəfər yaralanıb. Onlardan ikisi azyaşlıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. 

Partlayış nəticəsində binanın bir hissəsi uçub. Başlayan yanğın artıq söndürülüb. Ətrafdakı tikililər və park edilmiş avtomobillərə ciddi ziyan dəyib.

Son məlumatlara görə, dağıntılar altından 2 nəfərin cəsədi çıxarılıb.

Əraziyə ümumilikdə 200-ə yaxın xilasedici və 50-ə yaxın texnika cəlb olunub. Partlayışın fəsadlarının aradan qaldırılması, axtarış əməliyyatları davam edir.

L.Tağıyeva

 





10.04.2026    çap et  çap et