525.Az

Tanınmış tədqiqatçı Arktikada itkin düşüb


 

Tanınmış tədqiqatçı Arktikada itkin düşüb<b style="color:red"></b>

Məşhur çexiyalı qütb tədqiqatçısı Miroslav Yakeş Şpitsbergen arxipelaqında itkin düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, onunla rabitə sonuncu dəfə aprelin 2-də qurulub.

Bundan sonra Yakeşlə əlaqə saxlamaq mümkün olmayıb. Onun axtarışları İlk 4 gün helikopterlə aparılıb. Güman ki, Yakeş xizəklə hərəkətdə olarkən yarğana düşüb. Mütəxəssislər onun sağ qalma ehtimalının çox az olması fikrindədirlər.

Qeyd edək ki, 75 yaşlı Miroslav Yakeş şimal qütbünü xizəklə fəth edən ilk çexiyalıdır. O, buna 1993-cü ildə nail olmuşdu. Bundan sonra 19 dəfə şimal qütbünə ekspedisiya təşkil etmişdi.

L.Tağıyeva

 





10.04.2026    çap et  çap et