525.Az

ADY taxıl daşımalarını artırıb


 

ADY taxıl daşımalarını artırıb<b style="color:red"></b>

Bu ilin mart ayında "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən 152 min tona taxıl və dənli bitkilər daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artım deməkdir.

525.az-a bu barədə ADY-dən məlumat verilib.

Tranzit rejimdə daşınmış analoji yüklərin həcmi martda 28 116 ton olub. Bu göstərici isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 27%, o cümlədən Şimal-Cənub dəhlizi üzrə 190%, Şimal-Qərb istiqamətində isə 3% artıb.

 





10.04.2026    çap et  çap et